“Ölməyə tələsmirəm” - 60 yaşını qeyd edən xalq artisti

“Ölməyə tələsmirəm” - 60 yaşını qeyd edən xalq artisti
988 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Nurəddin Mehdixanlının 60 yaşı tamam olur.

Axşam.az-ın aznews.az-a istinadən məlumatına görə, səbəbkar yubileyi ilə bağlı bildirib ki, ad gününə ən böyük hədiyyəsi elə həyatda olmasıdır:

"Hərdən mənə elə gəlir ki, çox yaşlıyam, hərdən də dünyaya dünən gəldiyimi düşünürəm. Sağlamlığım, qolumun gücü, hamısı yerindədir. Bəzən elə 50-60 yaşlı adamlarla qarşılaşıram ki, onların işıqlarının artıq söndüklərini görürəm. Həmin vaxt düşünürəm ki, mən 60 yaşda deyiləm və yəqin hansısa sənədi yazanda səhv yol veriblər. Əsas odur ki, həyatdayam, nəfəs alıram və sağlamam”.

N.Mehdixanlı yubleyinin dövlət səviyyəsində qeyd olunmamasına belə aydınlıq gətirib:

"O işlərə dövlət baxır. İstəsələr, keçirərlər, istəməsələr də yox. Dövlətin işləri çoxdur. Biz isə sabah tort kəsib, “Ölülər” tamaşası ilə səhnəyə çıxacağıq. Bir də ki, səs-küylü mərasimlər olanda adam həyatdan tez gedir. Amma mənim görəcəyim işlər var, odur ki, getməyə də tələsmirəm”.