Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur

Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur
8133 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Talıb Tale ailə qurmağa hazırlaşır.

Axşam.az xəbər verir ki, bu barədə 43 yaşlı ifaçı "Rəngarəng səhər" verilişində danışıb. Talıb evlənməyə hazırlaşdığı xanımın ondan 15 yaş kiçik olduğunu bildirib:

"Öz seçimimdir. Kifayət qədər ağıllı və ciddi addım atmışam. Bilirəm ki, peşman deyiləm. Hər şey yaxşıdır. Seçdiyim xanım ürəyimə yatıb. Aramızda 15 yaş fərq var".

O, toyunun mayda olacağı haqda suala isə "Tarix dəvətnamə paylananda bilinəcək. Lazım gələrsə, özüm açıqlayacağam" cavabını verib.

Qeyd edək ki, Talıb Tale iki dəfə nişanını qaytarıb.