"Qatarda halım pisləşdi, ölümcül vəziyyətə düşdüm"

"Qatarda halım pisləşdi, ölümcül vəziyyətə düşdüm"
4465 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB TV-nin "Ömrün fəsilləri" verilişinin qonağı aktrisa Maya İsgəndərova olub.

Axşam.az-ın məlumatına görə, aktrisa ailəsində yaşanan kədərli hadisələrdən söz açıb:

"Ailədə 4 nəfər idik: 3 qardaş və mən. Qardaşlarımdan ikisi gənc yaşda vəfat etdilər. Biri Sumqayıt hadisələrində dünyasını dəyişdi, o biri ürək xəstəsi idi. Həmin hadisələr zamanı onların yanında olmamışam. Moskvada oxuyurdum. Məndən hər şeyi gizlədirdilər. Hətta qardaşım demişdi ki, Mayaya deməyin bunları, qoy rahat gəlsin Bakıya. Mən də Bakıya gələndə qatarda halım pisləşdi, xəstəxanaya apardılar, ölümcül vəziyyətə düşdüm. Eyni şeyi mən də etdim, onlara demədim. Amma mən qalxdım ayağa, qardaşım isə yox".