Xoşqədəmin müğənni əri məhkəməyə müraciət edəcək

Xoşqədəmin müğənni əri məhkəməyə müraciət edəcək
9385 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Doğuş məhkəməyə müraciət edəcək.

Axşam.az-ın məlumatına görə, ifaçı bu haqda "Xəzər maqazin"ə açıqlamasında deyib.

O bildirib ki, azərbaycanlı müğənnilərdən kim onun mahnısını icazəsiz oxusa, onu məhkəməyə verəcək:

"İcazə almadan mahnımı oxuyan sənətçilər var. Söz və musiqisi mənə aid olan "İçimə atıyorum aşk" mahnısını oxuyublar. İcazəmi alsalar, daha yaxşı olur. İcazəsiz oxuyanları məhkəməyə verəcəm. Bütün müğənnilərə mahnılarım açıqdır. Köhnə mahnılarımı yenidən gündəmə gətirəcəm".

Doğuş xalq artisti Alim Qasımovla duet oxuyacağını da söyləyib.

Qeyd edək ki, Doğuşun mahnısını müğənni Rəqsanə İsmayılova və Nuri Şənləndirici oxuyub.