"Nişanlandım, sonra ayrıldım" - video

"Nişanlandım, sonra ayrıldım" -  video
4552 dəfə oxunub
  • A-
  • A
  • A+
“Qohumumla ailə qurub, ayrılmışam. Aramızda anlaşılmazlıq olub. Övladımız dünyaya gəlməli idi, amma ana bətnində tələf oldu. Mübahisələr də buna görə başladı”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Niyam Salami "ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib.

İfaçı həyat yoldaşından problemli şəkildə ayrıldığını bildirib:

“Onun haqqında çox danışmaq istəmirəm, çünki qohumumdur. Onda da, məndə də günah olub. Elədiyin səhvləri başa düşəndən sonra heç nəyi geri qaytarmaq olmur. Nifrət mənə elə təsir etmişdi ki, heç nə edə bilmirdim. İki illik evlilik məni 5 il geri atdı”.
 
N.Salami daha sonra nişanlandığını etiraf edib:

“Bir dəfə də nişanlandım, sonra ayrıldım. Mən insanlarda hər şeyi dəqiq görmək istəyirəm. Əvvəl anamgilə deyirdim namizəd tapsınlar. Amma indi yox, özüm tapacam”.