Gənc Tamaşaçılar Teatrında 8 tamaşa

Gənc Tamaşaçılar Teatrında 8 tamaşa
222 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı oktyabr ayının son üç günü maraqlı tamaşalar nümayiş etdirəcək.

Teatrdan Axşam.az-a bildirilib ki, üç gün ərzində teatrda həm azyaşlı izləyici və məktəblilər, həm də gənclər və yaşlı nəslin nümayəndələri üçün 8 tamaşa göstəriləcək. Tamaşalardan 4-ü uşaq, 4-ü isə böyüklər üçün nəzərdə tutulub.

Oktyabrın 28-də saat 14.00 və 16.00-da dahi dramaturq Mirzə Fətəli Axundzadənin “Hekayəti-xırs-quldurbasan”, 29-da saat 12.00 və 14.00-da Abdulla Şaiqin “Tıq-tıq xanım”, saat 19.00-da Əbdürrəhim bəy Haqverdiyevin “Pəri Cadu”, 30-da saat 12.00 və 14.00-da Astrid Lindqrenin “Uzuncorab Peppi”, saat 19.00-da Əli Əmirlinin “Mən səni sevirəm – M.S.S.” tamaşaları nümayiş etdiriləcək.