Səyyad Əlizadənin vəziyyəti necədir? - açıqlama

Səyyad Əlizadənin vəziyyəti necədir? - açıqlama
3196 dəfə oxunub
  • A-
  • A
  • A+

“Dünən özümü narahat hiss etdim, təcili yardım çağırdıq”.

Axşam.az-ın məlumatına görə, bu sözləri “Qafqazinfo”ya açıqlamasında müğənni Səyyad Əlizadə deyib.

İfaçı bildirib ki, səhhətində ciddi bir problem yoxdur:

“Mənə görə narahat olan hər kəsə təşəkkürümü bildiririrəm. Axşam məni xəstəxanaya gətirdilər. Axşamüstü məni evə buraxacaqlar. Dünən özümü narahat hiss etdim, təcili yardım çağırdıq. Onlar da mənə müayinədən keçməyi tövsiyə etdilər. Xəstəxanaya gəldik, məni yoxladılar. Hər şey normaldır, ciddi problemim yoxdur”.