Rusiyalı aktrisa İslamı qəbul etməsindən danışdı

Rusiyalı aktrisa İslamı qəbul etməsindən danışdı
4269 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Yelena Proklova xristianlıqdan imtina edərək islamı qəbul etməsi məsələsinə aydınlıq gətirib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, yayılan xəbərlərin doğru olmadığını deyib.

"Məlumatı mən özüm də saytlardan oxumuşam. Əlbəttə, mən Allahın tək olduğuna inanıram. Amma dinimi dəyişməmişəm. Bu yalandır", - deyə Yelena bildirib.

Qeyd edək ki, aktrisanın BƏƏ-də yaşayan dostu, iş adamı İsmayıl Şanqareyev aktrisanın Şeyx Zahid məscidində kəlmeyi-şəhadətini deyərək İslamı qəbul etdiyini vurğulamışdı.