“Bütün falçıları gəzmişəm”

“Bütün falçıları gəzmişəm”
2216 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Şamil Süleymanlı “Bizimləsən” verilişində falçılarla bağlı etiraf edib.

Axşam.az-ın məlumatına görə, insanları cadugərlərdən uzaq olmağa səsləyən aktyor özünün də bir vaxtlar onların yanına getdiyini deyib:

“Bu, mövhumatçılardan uzaq olmalıyıq. Böyük-böyük danışıram, amma məndə də belə hallar olub, falçı yanına getmişəm. Film çəkilişi zamanı da bütün falçıları gəzmişəm. Onların nə deyəcəyi ilə bağlı maraqlanmışam. Gedirsən hamısı eyni mövzuda danışır: “Evə girəndə divarda asılqan var, oradakı paltonun cibində cadu var, tap, murdarla”. Bu sözü hamıya deyirlər”.