Əli Əmirlinin əsəri Kalmık teatrında

Əli Əmirlinin əsəri Kalmık teatrında
216 dəfə oxunub
  • A-
  • A
  • A+

Dekabrın 16 və 17-də Kalmıkiyanın paytaxtı Elista şəhərində əməkdar incəsənət xadimi Əli Əmirlinin  "Zalamca" pyesi əsasında hazırlanmış "Gözlə məni" tamaşanın premyerası olacaq.

Axşam.az xəbər verir ki, dramaturq pyesi Kalmık ədəbiyyatının nümayəndəsi Sandji Balıkovun "Zalamca" povestinin motivləri əsasında qələmə alıb.

Əsərdə dramaturq Don sahilində, ucsuz-bucaqsız Kalmık çölündə azad və firavan yaşayan qədim bir xalqın Oktyabr inqilabından  əvvəlki xoşbəxt həyatını və inqilabdan sonrakı faciələrini, emiqrasiya və qaçqınlıq müsibətlərini konkret bir ailənin timsalında əks etdirib.       

Kalmık Milli Dram Teatrının aktyorlarının iştirakı ilə hazırlanan tamaşanın qurluşçu rejissoru Azərbaycanın və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.