Dalkılıç və Demet Bakıya həyat yoldaşı ilə gəldi - foto

Dalkılıç və Demet Bakıya həyat yoldaşı ilə gəldi -  foto
26181 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Murad Dalkılıç Bakıya gəlib.

Axşam.az-ın məlumatına görə, ifaçı paytaxtımıza aktrisa həyat yoldaşı Merve Boluğuru da gətirib. Bakıya xüsusi təyyarə ilə uçan Murad və xanımının şəklini müğənni Demet Akalın paylaşıb.

Heydər Əliyev adına Hava Limanında çəkilən şəkildə Demetin həyat yoldaşı Okan Kurt da yer alıb.

Murad və Demet Bakıya gəlmək üçün birlikdə təyyarə kirayələmişdi. Dalkılıçın xanımını da özü ilə gətirmək istəməsi qarşı tərəfin etirazına səbəb olmuşdu və onlar arasında qalmaqal yaşanmışdı.

Akalın barışdıqlarını bildirərək "Yeni ilə küsülü girmədik" şərhini yazıb.