Bakıda əlilliyi olan insanlar üçün teatr yaradılıb Bakıda əlilliyi olan insanlar üçün teatr yaradılıb

 
  09.01.17   20:19                                                                                                                                         a -   A + Mədəniyyət

Bu gün A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Əlil Qadınlar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “İcma Teatrı”nın təqdimatı olub.

Axşam.az-ın məlumatına görə, layihə Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının dəstəyi ilə “Culture and Menegement Lab” təşkilatı tərəfindən həyata keçirilən “Cənubi Qafqazda regional mədəniyyət və incəsənət” layihəsi çərçivəsində reallaşıb.

Yeni yaradılan teatr yaşından asılı olmayaraq əlilliyi olan və bu sahədə istedadlı insanlar üçün nəzərdə tutulub.

Təqdimatdan əvvəl layihənin rəhbəri Azərbaycan Dövlət “Yuğ” Teatrının direktoru Tərlan Rəsulov  bildirilib ki, təqdim olunacaq teatrın ilk səhnə əsəri ailə-məişət mövzusundadır. Əlilliyi olan uşaqlar tərəfindən nümayiş olunacaq tamaşa səhnəcikləri üç ay sürən treninq və məşqlər zamanı ərsəyə gəlib. T.Rəsulov söyləyib ki, gələcək treninqlər zamanı “Playback Theatre”, “İnvisible Theatre”, “Forum Theatre” və digər üslubların işlənməsi və müxtəlif ifadə vasitələrindən yararlanmaq da planlaşdırılır. Layihə üzrə nəzərdə tutulan bütün fəaliyyət istiqamətində yaradılacaq təşəbbüs qrupunun tam müstəqil formada tamaşa qurmaq bacarığına yiyələnməsi və bunu praktiki olaraq nümayiş etdirmələri daha da təkmilləşdiriləcək.

Vurğulanıb ki, teatrın yaradılmasında məqsəd əlilliyi olan insanları vahid sənət ocağı ətrafında birləşdirməklə yanaşı, onların cəmiyyətə inteqrasiyasını bərpa etmək, istedadlarının üzə çıxarılmasında dəstək olmaqdan ibarətdir.

Daha sonra tamaşa təqdim olunub. Xronometrajı bir saat olan tamaşada iştirak edənlər bir daha məharətlərini göstərərək maraqlı səhnəciklərlə çıxış ediblər.

Təqdimat böyük maraqla qarşılanıb.

 
 
 
 
 
Facebook   Twitter   MySpace   Google         205 dəfə baxılıb
 
loading...
 
 

Rus Dram Teatrının fevral repertuarı Rus Dram Teatrının fevral repertuarı
...
21.01.17
Şəfiqə Axundovanın anadan olmasından 93 il keçir Şəfiqə Axundovanın anadan olmasından 93 il keçir
...
21.01.17
Dövlət Pantomima Teatrının fevral repertuarı Dövlət Pantomima Teatrının fevral repertuarı
...
21.01.17
Kinoteatrda 20 Yanvar şəhidləri yad edildi Kinoteatrda 20 Yanvar şəhidləri yad edildi
...
19.01.17
“Əli və Nino” filminin Avropa premyerası olacaq “Əli və Nino” filminin Avropa premyerası olacaq
...
19.01.17
Bəstəkarlar İttifaqında 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub Bəstəkarlar İttifaqında 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub
...
18.01.17
Parisdə Parisdə "Cesar-2017" film festivalının təqdimatı olub - fotolar
...
18.01.17
Musiqili Teatr Fəcr Festivalında Musiqili Teatr Fəcr Festivalında
...
18.01.17
“Qayınana“ filmi ilk dəfə alman dilində “Qayınana“ filmi ilk dəfə alman dilində
...
18.01.17
Xalq artistləri bu tamaşada bir araya gələcəklər Xalq artistləri bu tamaşada bir araya gələcəklər
...
17.01.17
“Vurğuna vurğun gəlin” nümayiş olunacaq “Vurğuna vurğun gəlin” nümayiş olunacaq
...
17.01.17
Azərbaycanlı musiqiçi xanımı ilə Parisdə konsert verəcək Azərbaycanlı musiqiçi xanımı ilə Parisdə konsert verəcək
...
16.01.17
Teatr bəyanat yaydı: Teatr bəyanat yaydı: "Onun "gənc aktrisa" dediyi şəxs..."
...
14.01.17
Opera və Balet Teatrından ittihamlara cavab Opera və Balet Teatrından ittihamlara cavab
...
13.01.17
Opera və Balet Teatrında 15 nəfər işdən çıxıb Opera və Balet Teatrında 15 nəfər işdən çıxıb
...
13.01.17
 
 
 
 
Xəbər lenti