"O səs Türkiyə"dəki azərbaycanlılardan müraciət: "Haqsızlıq yoxdur"

"O səs Türkiyə"dəki azərbaycanlılardan müraciət:  "Haqsızlıq yoxdur"
9303 dəfə oxunub
  • A-
  • A
  • A+
“O səs Türkiyə” yarışmasına qatılan azərbaycanlı ifaçılar Pərvaz İbrahimli və Mehman Tağıyev video müraciət edib.

Axşam.az-ın məlumatına görə, yarışmada iştiraklarını davam etdirən müğənnilər bildirib ki, onlara qarşı heç bir haqsızlıq edilməyib:
 
“Əziz dostlar, sizlərdən xahişimiz, rəy bildirəndə bizi də düşünün. Biz də sizin adınızdan buradayıq. Bilmənizi istəyirik ki, yarışmada bizə qarşı planlaşdırılmış və ya qəsdən edilən bir sıxışdırılma yoxdur”.

Qeyd edək ki, "O səs Türkiyə"yə qatılan və birinci turdan keçən Zülfü Əsədzadə, Gülşən İbadova, İlham Nəzərov, Müşviq Əliyev yarışmanı uduzaraq tərk ediblər. İfaçılar bunu onlara qarşı haqsızlıq adlandırıblar. Onların bu addımı qalmaqala səbəb olub.