Madonna həmkarlarını qorxaq adlandırdı

Madonna həmkarlarını qorxaq adlandırdı
1561 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Madonna ABŞ-ın yeni prezidentinin Donald Tramp seçilməsi ilə hələ də barışa bilmir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, sosial şəbəkələr vasitəsilə açıq şəkildə prezidentə qarşı sözlərinə ifadə edir.

Madonnanı son zamanlar narahat edən digər bir nüans isə bir vaxtlar Trampa qarşı olan məşhurların indi heç bir reksiya verməməsidir. O, həmin tanınmışlarla bağlı hesabında yazıb:

"Onlar məşhurluqlarını, işlərini itirməkdən, qara siyahıya düşməkdən, sosial şəbəkələrdə izləyicilərinin sayının azalmasından qorxurlar. Buna görə, geri çəkildilər".