Selena Qomez yeni sevgilisi ilə küçədə öpüşdü - foto

Selena Qomez yeni sevgilisi ilə küçədə öpüşdü - foto
8602 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənnilər Selena Qomez və "The Weeknd"in sevgili olması xəbəri yayılıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Selena və əsl adı Abel Makkonen Tesfey olan kanadalı ifaçı Los-Ancelesdə restoranlardan birində görünüblər. Üç saatdan çox bir yerdə olan cütlük çıxışda eyni maşına miniblər.

Avtomobilə mindikləri anda onlar çox səmimi davranıblar, Selena "The Weeknd"i qucaqlayıb və onlar öpüşüblər.

Xatırladaq ki, "The Weeknd" noyabrda model Bella Hadiddən ayrılıb. Selena isə Castin Biberdən ayrıldıqdan sonra uzun müddətdir ki, ciddi münasibət qurmayıb. O, ötən il iki ay ağır xəstəlikdən müalicə alaraq səhnədən uzaqlaşmışdı.