"Səs" yarışmasının məşhur üzvü ata olur - foto

"Səs" yarışmasının məşhur üzvü ata olur - foto
1260 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın məşhur qrupu "Therr Maitz" lideri Anton Belyaev ata olmağa hazırlaşır.

Axşam.az-ın rus mediasına istinadən məlumatına görə, ilk dəfə ata olacağı xəbərini Anton İnstaqramda paylaşıb.

O, xanımı Yuliya ilə fotosunu izləyiciləri ilə bölüşüb. 2012-ci ildə ailə quran cütlük hazırda Maldiv adalarında istirahət edir.

Qeyd edək ki, A.Belyaev "Qolos" ("Səs") yarışmasına qatıldıqdan sonra daha da məşhurlaşıb.