Bakıda əylənmək üçün yeni məkan - "Yuxa" restoranı

Bakıda əylənmək üçün yeni məkan -  "Yuxa" restoranı
16586 dəfə oxunub
  • A-
  • A
  • A+

Paytaxtımızda “Yuxa” adlı yeni restoran fəaliyyətə başlayıb.

Axşam.az-ın məlumatına görə, məkanın ötən gün baş tutan açılış mərasimində sənət aləminin tanınmış simaları, aparıcılar iştirak edib.

Yüksək səviyyəli xidmətlə müştərilərin ixtiyarına verilən “Yuxa” zəngin menyusu ilə də diqqət çəkəcək.

Restoran üç hissədən ibarətdir: 40 nəfərdən ibarət şou zalı, klassik otaqlar, karaoke otaqları. Məkanda qonaqların rahat istirahəti üçün hər bir şərait yaradılıb. Müştərilər milli və Avropa mətbəxinin dadlı yeməklərini burada dada biləcəklər. Hətta bölgələrə məxsus olan və çox nadir məkanlarda hazırlanan özəl yeməklər restoranın menyusunda yer alır.
 
Məkanda həftəsonları şou-proqramlar olacaq, tanınmış ifaçıların çıxışı dinləniləcək.

“Yeməklərimiz beynəlxalq dərəcəli diplomlu aşpaz tərəfindən hazırlanır. Onun yeməklərini dadan bir də bura gəlmək istəyəcək. Qiymətlərimiz də müştərilərimiz üçün münasibdir. Otaqlara vaxt limiti qoyulmur və əlavə hesab alınmır. Müştəri yalnız yediyi yeməklərin pulunu ödəyəcək” deyə, restoranın meneceri Elvin Nəcəfov söyləyib.

Ünvan: Binəqədi rayonu, “Elit” ticarət mərkəzinin arxası

Tel.: (012) 562 16 06

Mob.: (055) 402 00 50

İnstaqram: yuxa.restaurant

Facebook: yuxa

www.yuxa.az