Nadirlə qalmaqal yaşadığı toy yiyəsi barışdı

Nadirlə qalmaqal yaşadığı toy yiyəsi barışdı
1251 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, müğənni Nadir Qafarzadə ilə dəvət olunduğu bir toyun sahibi arasında qalmaqal yaşanıb.

Axşam.az-ın məlumatına görə, rayonlardan birinə məclisə dəvət olunan N.Qafarzadə onu toyda çox saxladıqlarını və qonorarının az verilməsini demişdi. Qarşı tərəf isə ifaçının dediklərini təkzib etmişdi.

Toy sahibi Vaqif Süleymanov bu gün mətbuata müraciət yayıb. Müraciəti olduğu kimi təqdim edirik:

"Hörmətli media nümayəndələri, yazıb sizə bildirirəm ki, müğənni Nadir Qafarzadə ilə aramızda olan anlaşılmazlığa son qoyduq. Hazırda aramızda heç bir problem yoxdur. Sadəcə əsəbi olduğum üçün qeyri-etik cümlələr işlətmişəm. Bizə görə də bir çox insanlar narahat oldu. Ona görə də bizi tanıyanlar, üzrlü sayın. Biz artıq dost olaraq qalırıq. Əsəbi halda söylədiyimiz sözləri şouya çevirənlərə isə demək istəyirəm ki, daha bəsdir, yekunlaşın. Bundan sonra Nadir Qafarzadə ilə bir-birimizə yalnız xoş sözlər deyə bilərik. Bir iş idi, oldu bitdi. Nadir bəyə bundan sonrakı sənət yolunda uğurlar arzu edirəm. Daha bu mövzuyla bağlı heç bir jurnalist məni narahat etməsin”.