Şakira Dünya İqtisadi Forumunda - fotolar

Şakira Dünya İqtisadi Forumunda - fotolar
2769 dəfə oxunub
  • A-
  • A
  • A+
Kolumbiyalı müğənni Şakira İsveçrənin Davos şəhərində keçirilən sayca 47-ci Dünya İqtisadi Forumunda iştirak edir.
 
axşam.az-ın xarici KİV-ə istinadənxəbər veriri ki, ifaçıya xeyriyyəçilik fəaliyyətinə görə "Crystal Award" mükafatı təqdim edilib.
 
Şakira çıxışında dünyaya çağırış edərək bildirib ki, inkişaf etməkdə olan ölkələrdə təhsilə investisiya həyata keçirilməli, uşaqların qayğısına qalınmalıdır:
 
"Əgər biz dünyada sülh və əmin-amanlıq istəyiriksə, ilk növbədə təhsilə kapital qoymalı və onu inkişaf etdirməliyik. Hələ də 5 yaşı tamam olmamış 250 milyondan çox uşaq təhlükəli zonalarda yaşayırlar. Onlar nə fiziki, nə də intellektual tərəfdən inkişaf edə bilmirlər".

Xatırladaq ki, Şakira UNİSEF-in xoşməramlı səfiri, "Pies Descalzos Foundation" xeyriyyə fondunun rəhbəridir (fond təhsil almaqda problemi olanlara kömək edir).
 
Qeyd edək ki, Dünya İqtisadi Forumunda "Lukoyl” şirkətinin azərbaycanlı rəhbəri Vahid Ələkbərov, 70-dən çox ölkədən, xüsusilə "Böyük iyirmilik” ölkələrinin hamısından nümayəndə heyəti, həmçinin BVF, BMT, ÜTT (Ümumdünya Ticarət Təşkilatı) kimi aparıcı beynəlxalq təşkilatların rəhbərləri iştirak edəcək.