Qalmaqallı səhnə "Recep İvedik 5"dən çıxarıldı: "Qardaşlığımın sübutu olsun"

Qalmaqallı səhnə "Recep İvedik 5"dən çıxarıldı: "Qardaşlığımın sübutu olsun"
21510 dəfə oxunub
  • A-
  • A
  • A+

Qalmaqallı boks səhnəsi "Recep İvedik 5" filmindən çıxarılıb.

Axşam.az-ın məlumatına görə, bu barədə filmdə baş rolun ifaçısı Şahan Gökbakar İnstaqram səhifəsində bildirib:

"Bir neçə gün əvvəl "Recep İvedik 5" filmindən fraqment göstərildi. Hamınızın xoşuna gəlib. 10 milyondan çox insan izləyib. Təşəkkür edirik. Mən həmişə filmlərimi güldürmək üçün çəkirəm. Amma orada azərbaycanlı boksçu ilə olan səhnə böyük səs-küyə səbəb oldu. Bir sıra insanların xoşuna gəlmədi. Biz də bu səhnəni filmdən çıxartdıq. Qoy, bu, qardaşlığımın sübutu olsun".

Qeyd edək ki, filmdə türk və azərbaycanlı boksçuların döyüşündəki dialoq və epizodlar hər iki ölkədə narazılığa səbəb olmuşdu.