Artıq "Ağ ev"in yeni sakinləri var - andiçmədən fotolar

Artıq "Ağ ev"in yeni sakinləri var - andiçmədən fotolar
18962 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ prezidenti Donald Trampın andiçmə mərasimi baş tutub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, mərasimdən bir gün əvvəl keçirilən şam yeməyində yeni prezidentin xanımı Melaniya və qızı İvanka geyimləri ilə diqqət çəkiblər. İvanka "Reem Acra" markasından geyindiyi belində böyük qara lent olan ağ paltarı və Melaniya qızılı donu ilə göz qamaşdırıblar.

Eləcə də, inauqirasiya mərasimində də Trampın ailəsi iştirak edib. Onlar keçmiş prezident Barak Obama və xanımı Mişel Obamadan "Ağ ev"i təhvil alıblar.

Trampın prezidentlik andını içməsinə tamaşa edənlər arasında onun seçkilərdəki rəqibi Hillari Klinton da olub. O, tədbirə əri, keçmiş prezident Bill Klintonla qatılıb.