Müğənni yeni klipinə görə tənqid olundu - video

Müğənni yeni klipinə görə tənqid olundu - video
22681 dəfə oxunub
  • A-
  • A
  • A+
"Dom" adlı realiti-şounu apardıqdan sonra Rusiyanın məşhur simalarından birinə çevrilən müğənni Olqa Buzova yeni klipindən fraqment yayımlayıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, müğənni “Öyrəşirəm” ("Привыкаю") adlı mahnısını ekranlaşdırıb.

Klipdə ifaçı yataqda çılpaq bədənini nümayiş etdirir. Fraqment yayılar-yayılmaz artıq rus sosial şəbəkələrində müzakirə predmetinə çevrilib. İzləyicilərin çoxu Olqa tənqid atəşinə tutublar.

Qeyd edək ki, Olqa ötən ilin dekabrında "Lokomotiv" futbol klubunun oyunçusu Dmitri Tarasovdan boşanıb.