Vaqif Mustafazadənin xatirəsinə konsert olacaq

Vaqif Mustafazadənin xatirəsinə konsert olacaq
472 dəfə oxunub
  • A-
  • A
  • A+

Martın 16-da Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş konsert proqramı keçiriləcək.

Axşam.az-ın məlumatına görə, konsertdə Respublikanın Xalq artisti Faiq Sücəddinov, Əməkdar artist Akif Süleymanbəyli, Əməkdar İncəsənət Xadimi Cavan Zeynallı, “Səs Azərbaycan” müsabiqəsinin qalibi Emiliya Yaqubova, Teymur Süleymanbəyli, Azad Şabanov, Humay Süleymanbəyli, Hüseyn Abdullayev, Nəzrin Zərbəliyeva, Natavan Cəbizadə, Tofiq Həsənsoy, “Aysel” rəqs qrupu və V.Mustafazadə adına 2 saylı uşaq incəsənət məktəbinin istedadlı şagirdləri iştirak edəcəklər.

İfaçılar caz musiqisi axşamında Vaqif Mustafazadənin müəllifi olduğu əsərləri səsləndirəcəklər.

Biletləri şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.

Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30