“Yaşar Nuri yuxuma gəlib soruşur ki ...”

“Yaşar Nuri yuxuma gəlib soruşur ki ...”
2419 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Firəngiz Mütəllimova həmkarı, mərhum aktyor Yaşar Nurinin tez-tez onun yuxusuna girdiyini deyib.

Axşam.az-ın məlumatına görə, aktrisa “Atv maqazin” verilişinə açıqlamasında hələ də Yaşar Nurinin məzarını ziyarət etmədiyini etiraf edib:

“Yaşar tez-tez yuxuma gəlir. Hər dəfə halımı soruşur. Bir də teatrı... Deyir, teatrda vəziyyət necədir? Bir gün də olsun, onu yadımdan çıxara bilmirəm. Evimin hər yanı onun fotoları ilə doludur. O, dünyasını dəyişəndən sonra məzarına getməmişəm. Çünki öldüyünə inanmıram. Düşünürəm ki, məzarı görsəm, biləcəm ki, həqiqətən də, ölüb (gözləri dolur - red.)”.