Samirə ilə Elnarə arasında qalmaqal

Samirə ilə Elnarə arasında qalmaqal
3114 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bir nəfərin badına bütün sənətdə olanlar gedir. Kimsə namusdan, qeyrətdən danışır. Hamı bilir kim necədir”.

Axşam.az-ın məlumatına görə, bu sözləri aşıq Samirə Əliyeva “10-dan sonra” verilişinə açıqlamasından deyib.

İfaçı əməkdar artist Elnarə Abdullayevanın efirdə dediyi “Kimsə namusuma söz deyə bilməz. Qeyrəti heç nəylə ölçmürlər. Qeyrətimə, vicdanıma sözü olan qabağıma çıxsın” sözlərinə münasibət bildirib:

“Çıxıb boş-boş danışmaqla, ağıl verməklə olmaz. Bizə sənətdə karifeylər yol göstərə bilərlər. Bizə ancaq sənət dərsi keçə bilərlər. Bilmirəm məqsədi nədir. Yekə-yekə danışmayaq. Boş-boş danışıb, ağıl vermək lazım deyil. Mənəm-mənəm demək, don geyindirmək çox çəkmir”.

S.Əliyeva E.Abdullayevanın Xatun Əliyeva ilə qalmaqaldan sonra dediyi “Qardaşım məni öldürürdü. Nə qədər qadağa varsa, mənə aiddir. Bunu etmək olmazsa, demək olmaz” sözlərini ələ salıb:

“Guya susdu? Cılız insanlar kiminsə qadağası ilə yaşayar. Niyə kimsə sənə qadağa qoymalıdır? Öz fikrin yoxdur?”.