Bu "gəlin"lə hamı şəkil çəkdirmək istəyir - video+fotolar

Bu "gəlin"lə hamı şəkil çəkdirmək istəyir - video+fotolar
11169 dəfə oxunub
  • A-
  • A
  • A+

İncəsənətə marağı olan 23 yaşlı Şamaxı sakini Samir Xanməmmədov qardan hazırladığı gəlinlə diqqət çəkib.

Axşam.az-ın məlumatına görə, yağan qarı fürsət bilən Samir öz bacarığını bu şəkildə nümayiş etdirib.

Bir neçə saat içərisində qardan gəlin hazırlayan gənc oğlan onun geyimini, saç düzmünü və sifət quruluşunu detalları ilə işləməyə çalışıb. Adət-ənənələrə uyğun olaraq belinə qırmızı lent bağlayıb, əlinə gül də verib.

Nəticədə ortaya bu cür maraqlı əl işi çıxıb. Qardan gəlinin hündürlüyü isə 1 metr 65 santimetrdir. Qaşı, gözü, geyimi ilə adi gəlinlərdən heç də geri qalmayan qar gəlin böyükdən balacaya hər kəsin diqqətini cəlb edib. Hətta qardan gəlinlə şəkil çəkdirmək istəyənlər növbəyə düzülüb. Havaların isinməsi ilə qardan gəlinin əriməməsi üçün axşam saatlarında üzərinə soyuq su tökülür. Samir deyir ki, bu şəkildə gəlini mümkün qədər qorumağa çalışacaq.