"Fatmagülün suçu ne" yenidən çəkilir - Hindistanda

"Fatmagülün suçu ne" yenidən çəkilir - Hindistanda
3134 dəfə oxunub
  • A-
  • A
  • A+

Beren Saat və Engin Akyüreyin baş rollarda çəkildiyi "Fatmagülün suçu ne" serialının ssenarisi Hindistan şirkəti tərəfindən alınıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, serial hind aktyor və aktrisalarının iştirakı ilə yenidən ekranlaşdırılacaq.

Hindistan mətbuatında yer alan xəbərlərə görə, baş rolları aktyor Rajeş Xattar və 7 ildən sonra yenidən ekranlara qayıdan aktrisa həyat yoldaşı Vandana Sajnani ifa edəcək.

Aktyor serialdan bir səhnənin fotosunu İnstaqram hesabında paylaşıb.

Layihəni reallaşdıran "Star Plus" istehsalat şirkəti orjinal ssenariyə sadiq qalacaqlarını bildirib.