Ölümündən sonra iki mükafat aldı

Ölümündən sonra iki mükafat aldı
1233 dəfə oxunub
  • A-
  • A
  • A+
Londonda ənənəvi "Brit Awards-2017" mükafatlandırma mərasimi keçirilib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, dünyasını dəyişən britaniyalı musiqiçi Devid Boui iki mükafata layiq görülüb.

Belə ki, sənətçinin "Blackstar" adlı albomu "BRİT Awards" tərəfindən "İlin albomu", özü isə  "Ən yaxşı britaniyalı kişi ifaçı" mükafatına layiq görülüb.

Xatırladaq ki, D.Boui "Blackstar" albomunu 2016-cı il yanvarın 8-də, doğum günündə təqdim edib. 2 gün sonra isə qaraciyər xərçəngindən dünyasını dəyişib.

Qeyd edək ki, "Brit Awards" "Qremmi"dən sonra ən nüfuzlu mükafatlardan sayılır.