"Mehriban xanım daim sənətkarlara yüksək qiymət verib" - Alim Qasımov

"Mehriban xanım daim sənətkarlara yüksək qiymət verib" - Alim Qasımov
675 dəfə oxunub
  • A-
  • A
  • A+

Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada tanınmasında, ölkənin inkişafında misilsiz xidmətləri var.

Axşam.az-ın məlumatına görə, bunu Trend-ə açıqlamasında xalq artisti, dünya şöhrətli muğam ifaçısı Alim Qasımov deyib.

Onun sözlərinə görə, Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafındakı rolu danılmazdır:
 
"Mehriban xanım Azərbaycan muğamının inkişafı üçün əlindən gələni edib. O, Azərbaycanın muğam ifaçılarına, sənətkarlarına daim diqqət yetirib. Mehriban xanım daim sənətkarlara, sənət adamlarına yüksək qiymət verib. Azərbaycan mədəniyyətinə Mehriban xanımın verdiyi qiyməti hamı bilir. Mehriban xanım bu vəzifəyə layiqdir. Onu bu münasibətlə təbrik edirəm və inanıram ki, bundan sonrakı fəaliyyətində Mehriban xanım Azərbaycanın inkişafı üçün daha faydalı işlər görəcək".