"Vicdan haqqı"nın aktrisası xəstəxanaya yerləşdirildi

"Vicdan haqqı"nın aktrisası xəstəxanaya yerləşdirildi
4436 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Hicran Nəsirova xəstəxanaya yerləşdirilib.

Axşam.az-ın Yeniçağ.az-a istinadən xəbərinə görə, ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya çatdırılan aktrisa hələ də özünə gələ bilmədiyini deyib:

“Dünən səhər yuxudan duranda gördüm ki, hər şey gözümün qabağında uçur. Qışqırdım, səsimə qızım gəldi. Necə qorxdusa, tez qonşuda yaşayan həkimi çağırdı. Həkim mənə baxan kimi dedi ki, təcili yardım maşını çağırın, vəziyyəti pisdir. Qızım deyir gözlərin bərəlmişdi, özümdə deyildim. Ağır vəziyyətdə məni reanimasiyaya yerləşdirdilər. Təzyiqimi sala bilmirdilər. Heç vaxt məndə “şəkər” xəstəliyi olmamışdı, həmin gün yoxladılar ki, “şəkərim” də yüksəkdir. Hazırda iki saatdanbir mənə iynə vururlar, bilmirəm, aqibətim necə olacaq. “Vicdan haqqı” serialının çəkilişləri zamanı çox yoruldum. Əsəblərim getdi. Hər şey üst-üstə yığıldı və məni xəstəxanalıq etdi”.

H.Nəsirova xəstəxanadan evə nə vaxt buraxılacağını da bilmir:

“Reanimasiyadan palataya köçürüblər. Həkimlər dəqiq söz demir, hələ ki, məni ayağa qaldırmaqla məşğuldurlar. Yaxşı ki, serialın bir çox bölümü çəkilib, yoxsa işimiz yarımçıq qalardı”.