"Bir qadının hekayəsi..." - Daliyadan yeni ifa

"Bir qadının hekayəsi..." -  Daliyadan yeni ifa
1339 dəfə oxunub
  • A-
  • A
  • A+

Şou-biznesdə ilk addımlarını atan müğənni Daliya "Sənsizliyi Sevəcəm" adlı mahnısını akustik versiyada tamaşaçılara təqdim edib.

Axşam.az xəbər verir ki, bəstənin sözləri Altay Yaşara, musiqisi Məlahət Məmmədovaya məxsusdur. İfa zamanı Daliyanı pianoda Muxtar Abseynov müşayiət edib.

"Bu mahnını aylar öncə oxumuşdum, nakam sevgidən bəhs edir. "Sənsizlikdən salam var, daşdan sərt ürəyinə... Səndən heçnə qalmadı". Çox təsirli sözlərdir məncə. Deyə bilərəm ki, bir qadının sevgi hekayəsidir. Dinləyənlərin bəyənəcəklərinə inanıram" - deyə Daliya bildirib.