Ermənistandan növbəti "Eurovision" oğurluğu - video

Ermənistandan növbəti "Eurovision" oğurluğu - video
1321 dəfə oxunub
  • A-
  • A
  • A+
Ermənistan təmsilçisi  Artsvik Arutyunyanın “Eurovision 2017” mahnı müsabiqəsində oxuyacağı mahnı bir neçə gün əvvəl təqdim olunub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ifaçı yarışmada “Fly With Me” adlı mahnı oxuyacaq.

Mahnı təqdim olunar-olunmaz onun bəstəsinin Madonnanın “Frozen” adlı musiqisi ilə oxşarlığı sosial şəbəkələrdə müzakirə mövzusu olub. Belə ki, dünya şöhrətli sənətçinin fanatları Ermənistanı oğurluqda ittiham ediblər.