Burak Fahriye ilə yaşadığı evdən köçdü

Burak Fahriye ilə yaşadığı evdən köçdü
2708 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Burak Özçivit bir neçə günlük də olsa, sevgilisi Fahriye Evcendən ayrılıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 20 gün əvvəl nişanlanan cütlük hazırda ayrı evlərdə yaşayır. Belə ki, F.Evcenin Almaniyada yaşayan valideynləri onun Murad Yıldırımla baş rolları paylaşdığı "Sonsuz aşk" filminin qala gecəsi üçün İstanbula gəliblər.

İki il əvvəldən eyni evdə yaşamağa qərar verən cütlük bir müddət idi ki Fahriyenin evində yaşayırdı. Lakin aktrisanın valideynləri və yaxın qohumlarının gəlişinə görə Burak qısa müddətlik öz valideynlərinin yanına köçüb.