Cəmalə millət vəkilinin sözlərinə mahnı oxudu - video+fotosessiya

Cəmalə millət vəkilinin sözlərinə mahnı oxudu -  video+fotosessiya
2568 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Cəmalə “Gələrəm” adlı yeni mahnısını təqdim edib.

Axşam.az-ın məlumatına görə, bəstənin sözləri Qənirə Paşayevaya, musiqisi Aynur Adilqızına, aranjimanı isə Elvin Musayevə məxsusdur.

Cəmalə tamaşaçılara “Azərbaycanın səsi 2” müsabiqəsindən tanışdır. O bildirib ki, uşaq yaşından musiqi ilə məşğul olur:

“9-10 yaşlarımda Oktay Zülfüqarovun ansamblının solisti olmuşam. 13 yaşıma qədər “Bənövşə” uşaq xorunda çıxış etmişəm”.

Cəmalə yeni mahnısı ilə yanaşı fotosessiya da etdirib. Onun şəkillərinin müəllifi Fərhad Əhmədovdur.