İntim və zorakılıq səhnələri ərini əsəbiləşdirdi - fotolar

İntim və zorakılıq səhnələri ərini əsəbiləşdirdi - fotolar
11331 dəfə oxunub
  • A-
  • A
  • A+
"Big Little Lies" serialında çəkilən Nikol Kidmanın intim və zorakılıq səhnələri maraqla qarşılanır.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, serialda əri (Aleksandr Skarsqard)
tərəfindən tez-tez döyülən və zorakılığa məruz qalan qadını canlandıran Nikol "Bu layihə məndən çox şeylər aldı" deyib. O, çəkilişlərdə həm fiziki, həm də psixoloji zərər gördüyünü bildirib.

Səhnələr zamanı hər yerində əzik və göyərmələrin yarandığını açıqlayan Kidman əri Kit Urbanın buna əsəbiləşdiyini söyləyib:

"Bunun aktrisalıq üçün vacib olduğunu deyərək onu inandırmağa çalışdım. Çox çətinliklə qəbul etdi".