Kamil ATV-dəki verilişindən getdi

Kamil ATV-dəki verilişindən getdi
5479 dəfə oxunub
  • A-
  • A
  • A+

İdmançı Kamil Zeynallı ATV-də yayımlanan “Kişi klubu” verilişindən gedib.

Axşam.az-ın məlumatına görə, onun yerinə proqrama Cahid Şahbazov aparıcılıq edir. O, "Kişi klubu"nun ötən gün yayımlanan buraxılışında efirə çıxıb. 

***

Kamil Zeynallı mövzu ilə bağlı teleqraf.com-a açıqlama verib:

“Kişi klubu” verilişi qısa müddət davam edəcək. Mən istirahət etmək qərarına gəldim. İnşallah, sentyabrdan yeni verilişlə tamaşaçıların qarşısına çıxacam. ATV-dən qovulmamışam. Hamısı cəfəngiyyatdır. Həmişə haqqımda boş söhbətlər yayırlar. Heç bir kreslo, vəzifə ömürlük deyil. ATV telekanalı ilə də münasibətim yaxşıdır”.