Bakıya gələn İradədən möhtəşəm kürək dekoltesi

Bakıya gələn İradədən möhtəşəm kürək dekoltesi
8636 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, Türkiyədə yaşayan müğənni İradə İbrahimova uzun müddətdən sonra Bakıya gəlib.

Axşam.az xəbər verir ki, sənətçi bu gün ATV telekanalında yayımlanan “Özünə bax” layihəsinin qonağı olub.

O, haqqında yayılan bəzi şayiələrə son qoyub. İfaçı bildirib ki, sənətdən getməyib və yaxın günlərdə yeniliklərlə tamaşaçıların görüşünə gələcək:

“Bunlar hamısı dedi-qodulardır. Səhnəni tərk etməyə heyfim gələr. Sadəcə, gözəl işlərimlə tamaşaçının qarşısına çıxmaq istəyirəm. Artıq yeni mahnılarım hazırdı. Bircə klip çəkilişim qalıb. Onu da başa vurduqdan sonra təqdimat edəcəm. İnanıram ki, hər kəs  çox bəyənəcək. Çünki onlar mənim hər təzə işimi müsbət qəbul ediblər”.

Qeyd edək ki, müğənninin Bakıya gəlişinin səbəbi bacısı, vizajist Nigar İbrahimovanın oktyabrın 31-də ailə həyatı qurmasıdır.

Son vaxtlar xüsusi pəhriz vasitəsilə xeyli arıqlayan İradənin kürək dekolteli geyimdə yeni fotolarını təqdim edirik.

Foto: Rəşad ABBASOV