Eybəcərliyinə lağ edirdilər, indi isə... - fotolar

Eybəcərliyinə lağ edirdilər, indi isə... - fotolar
34646 dəfə oxunub
  • A-
  • A
  • A+

2014-cü ildə Rusiyada gözəllik yarışmasında ikinci olan 20 yaşlı Anastasiya Reşetova məktəb illərində həmyaşıdlarının ona lağ etdiyini açıqlayıb.

Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, çox uzun boylu və çənəsi irəli olduğu üçün təhqir olunan gənc qız o zamanlarda bəzən döyüldüyünü də etiraf edib. Ölkəsini daha sonra Avropa Gözəllik Yarışmasında da təmsil edən Anastasiya deyib:

"Bir dəfə hətta fiziki şiddətə də məruz qalmışdım və üzüm zədə almışdı. Evə gedib izləri gizlətdim və heç kimə bu barədə demədim. Ailəmə də demirdim. Çünki alçaldığımı kiməsə söyləyə bilməzdim".

O, kiçik yaşlarda olanda valideynləri ayrılıb və 17 yaşına kimi atası ilə yaşayıb. Sonra atasının da evini tərk edən qıza bir müddət sevgilisi kömək edib. Gözəllik yarışmasından sonra isə bütün həyatı dəyişib. Hazırda modellik edən Reşetova "Artıq öz pulumu qazana bilirəm" deyib.