Kristina Aqilera Şakira ilə qonşu oldu

Kristina Aqilera Şakira ilə qonşu oldu
1092 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Kristina Aqilera yeni ev alıb.

Axşam.az-ın məlumatına görə, ifaçı evinin harda olduğunu açıqlamasa da, maraqlı bir məqamı sevənlərinin diqqətinə çatdırıb.

O, bildirib ki, artıq Şakira ilə qonşudur. Evini təmir etdirdiyini söyləyən ulduz yataq otağına önəm verdiyini vurğulayıb: “İstənilən qadın öz yataq otağında istirahət etmək arzusundadır. Ona görə yataq otağımımın dizaynına böyük əhəmiyyət vermişəm”.

Xatırladaq ki, Kristina Aqilera yenidən ailə qurmağa hazırlaşır. O, 2 ildir görüşdüyü Metyu Ratler ilə nikah masasına oturacaq. Ulduzun öncəki evliliyindən 5 yaşlı bir oğlu var.