Bülent Ersoy məhkəmədə: "Qucağımda çəkilmiş fotosu var"

Bülent Ersoy məhkəmədə: "Qucağımda çəkilmiş fotosu var"
3390 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Bülent Ersoy aparıcı Lerzan Mutlunu "təhdid" etdiyi iddiası ilə ilk dəfə hakim qarşısına çıxıb.

Axşam.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, Ersoy məhkəmədə "Lerzan məhkəməyə gəlsəydi, əlimi öpərdi. Qucağımda çəkilmiş fotosu var. O, məni sevir, mən də onu sevirəm" deyib.

B.Ersoy hakimin suallarına cavab olaraq aylıq 50 min lirə (təxminən 25 min manat) gəlirinin olduğunu açıqlayıb. Doğum tarixi soruşulanda isə o, "Onu keç, söyləmə. yaşım ortaya çıxır" deyərək zaldakıları güldürüb.