"İlk görüşdə yatağa girmirəm" - Cennifer Lopez

"İlk görüşdə yatağa girmirəm" - Cennifer Lopez
15398 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Cennifer Lopez Ellen DeCeneresin aparıcılıq etdiyi şounun qonağı olub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 47 yaşlı ulduz verilişə əkizləri Maks və Emma ilə birgə qatılıb.

Aparıcı Cey Loya çox səmimi suallar verib. İfaçı isə bundan nəinki əsəbləşməyib, hətta, zarafata salaraq bütün suallara cavab verib.

O, Ellenin “Yeni sevgilinlə necə tanış oldun. İlk görüşdə aranızda intim münasibət oldumu” sualını belə cavablandırıb:

“Restoranda yemək yeyirdim. Birdən Aleks yanımdam keçdi. Ona yaxınlaşdım, əlimi çiyninə qoyub salamlaşdım. Biz danışdıq. Nömrəm onda var idi. Bir gün zəng vurdu, görüşüb nahar etdik. İlk görüşdə seksin olub-olmadığını bilmək istəyirsənsə, deyim ki, belə bir şey olmamışdı. Ananm ilk görüşdə intim münasibət qurmağıma icazə vermir(gülür). Mən ilk görüşdə yatağa girmirəm”.

Qeyd edək ki, C.Lopez artıq bir neçə aydır ki, beysbolçu Aleks Rodrigezlə görüşür.