"İçerde"də kobud səhv: "Morqunuz yoxdur?"

"İçerde"də kobud səhv: "Morqunuz yoxdur?"
16322 dəfə oxunub
  • A-
  • A
  • A+

Show TV-nin reytinqli serialı "İçerde"nin bu həftəki seriyasında Bensu Soralın canlandırdığı "Mələk" obrazının ölüm səhnəsi sosial medianın ən çox danışılan mövzusu olub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Mələy"in ölümündən sonra morqa deyil, palataya aparılması səhnəsi isə səhv kimi qiymətləndirilib.

Jurnalist Mesut Yar "Morqunuz yox idi?" yazısı ilə serialı tənqid edib:

"...Mələyin ölümündən sonra xəstəxana otağında saatlarla üstüörtülü şəkildə yatması və o saatlar içində gəlib-gedənin içəri girib alnından öpməsi prosedurlara uyğun idimi?".

Eyni zamanda sosial mediada Maslak parkının yaxınlığında güllələnən Mələyin ən yaxın xəstəxanaya deyil, İstanbulun digər başına aparılması da lağa qoyulub.