Elvindən yeni mahnı: “O gün” - audio

Elvindən yeni mahnı: “O gün” -  audio
1221 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elvin Abdullayev “O gün” adlı yeni mahnısını təqdim edib.

Axşam.az-ın məlumatına görə, bəstənin musiqisi ifaçının özünə, aranjimanı Elvin Musayevə məxsusdur.

E.Abdullayev bildirib ki, mahnının sözlərini internetdən götürüb, müəllifini isə tapa bilmir.

O, hətta şeirin sahibinə səslənərək bunları deyib:

“Şeir kimindirsə, mənimlə əlaqə yaratsın, ondan halallıq alım”.