20 yaşlı müğənni öldürüldü

20 yaşlı müğənni öldürüldü
3425 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin Sakarya bölgəsində bir kazinoda mahnı oxuyan Şerife Türkkan adlı müğənni öldürülüb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 20 yaşlı qız tapanca ilə sinəsindən güllələnib. O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb. Dostları Türkkanı xəstəxanaya onların aparmadığını bildirib. Polis gənc qadını xəstəxanaya qoyaraq  qaçan şübhəlilərin axtarışına çıxıb.