Ebru Şallı Sinan Akçılın evinə köçdü

Ebru Şallı Sinan Akçılın evinə köçdü
2416 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyə mətbuatında son zamanlar ən çox müzakirə olunan mövzulardan biri müğənni Sinan Akçılla model Ebru Şallı arasında yaşanan eşq münasibətidir.

Axşam.az xəbər verir ki, məşhur cütlük haqqında daha bir xəbər yayılıb.

Belə ki, oktyabrın 31-də Ebru Şallı əlində çemodanlarla birgə Sinan Akçılın villasına girərkən görüntülənib. Bu, Ebrunun sevgilisinin evinə köçməsi güman edilir. Müğənninin həmin gün "Tvitter"də yazdığı status isə ehtimalları təsdiqləyib:

"Sən yeni klipimi izləmək üçün bizə gələndə ikimiz də göz yaşlarımızı saxlaya bilmədik. Tam səmimi olaraq demək istəyirəm ki, qucaqlaşıb ağlamağımız hər şeyə dəyər".

Qeyd edək ki, Sinan və Ebru uzun müddət birlikdə olduqlarını gizlətməyə çalışsa da, bir həftə əvvəl sevgili olduqlarını etiraf etmişdilər.