Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” - fotolar

Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” - fotolar
1655 dəfə oxunub
  • A-
  • A
  • A+

Aprelin 29-də Heydər Əliyev Mərkəzinin parkında “Gəlin birgə oxuyaq!” şüarı altında “Oxu günü” təşkil olunub.

Axşam.az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və “Hədəf Nəşrləri”nin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağın artırılması, oxu vərdişlərinin inkişafına nail olmaqdır.

Sonra qonaqlar kitab sərgiləri ilə tanış olublar.

Qeyd edək ki, “Oxu Günü”ndə məktəblilərin iştirakı ilə ayrı-ayrı əsərlərin müzakirələri aparılacaq, pantomima tamaşa, kitabların fərdlər üzərində əhəmiyyətini vurğulayan səhnəciklər, “fləşmob” və digər təqdimatlar olacaq.

Tədbir çərçivəsində bədii-elmi kitabların sərgisi də keçirilib. Nəşrlər iştirakçılara həm ödənişsiz paylanılıb, həm də güzəştli şərtlərlə satılıb.

“Oxu Günü” tədbirinə giriş sərbəstdir.