Xalq artistinin yubileyi keçirildi - fotolar

Xalq artistinin yubileyi keçirildi -  fotolar
894 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı xalq artisti Əfrasiyab Bədəlbəylinin 110 illik yubileyinə həsr edilmiş konsert keçirilib. Konsert bəstəkarın adını daşıyan 23 nömrəli Onbirillik musiqi məktəbində baş tutub.

Axşam.az xəbər verir ki, konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorları, məktəbin müəllim kollektivi və digər qonaqlar iştirak ediblər.

Tədbir görkəmli bəstəkarın əsərlərindən seçilmiş musiqi parçaları və onun “Qız qalası”  baletindən fraqmentlərin nümayişi ilə başlayıb.

Daha sonra Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik musiqi məktəbinin istedadlı şagirdlərin ifasında S.Ələsgərov  “Daimi  hərəkət”, Niyazi “Xoreoqrafik vals”, T.Quliyev  “Azərbaycana gəlsin”, F.Şubert  “Ekspromt”, İ.Brams  “Macar  rəqsi №1”, V.A.Motsart  “Rondo”, Villa Lobos  “Polişinel” kimi Azərbaycan  və  dünya  bəstəkarlarının  əsərləri səsləndirilib.