Sinəsindəki döyməni silmək istədi, baxın, nə oldu - fotolar

Sinəsindəki döyməni silmək istədi, baxın, nə oldu - fotolar
15764 dəfə oxunub
  • A-
  • A
  • A+
Taylandda yaşayan Pasuda Reav adlı qız sinəsindəki döymədən canını qurtarmaq istəyəndə heç vaxt unudulmayacaq bir faciə ilə üzləşib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 21 yaşlı qız döyməni silmək üçün kimyəvi maddə alır. Onu sinəsinə tökən Pasuda bir müddətdən sonra döymənin silindiyini, lakin sinəsinin yandığını görüb.

Dərin yanıq izi qıza 10 günə qədər əzab verib:

“10 gün gecələr yata bilmirdim. Yaram qaşınır, göynəyirdi. Çox əzab çəkirdim. Lazer baha olduğundan özüm döyməni silmək qərarına gəldim. Amma belə bir nəticə olacağını bilsəydim, etməzdim”.

Reav sinəsindəki yaranın şəklini çəkərək sosial mediada paylaşıb və gəncləri belə addım atmamağa səsləyib.