Leyla Əliyeva Hacı Nuranın təqdimatında tort kəsdi - fotolar

Leyla Əliyeva Hacı Nuranın təqdimatında tort kəsdi -  fotolar
5749 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Hacı Nuran Hüseynovun təsisçisi olduğu "Həyat" Fondunun təqdimatı keçirilib.
 
Axşam.az-ın məlumatına görə, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev, ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
"Həyat" Fondunun təsis edilməsində məqsəd bir çox xeyriyyə işlərini həyata keçirməkdir.

Hacı Nuran bildirib ki, fond yardımsevər insanların ianələri vasitəsi ilə maliyyələşdiriləcək. Aparıcı fondun "Həyat" adlı proqramının da yayımlanacağını söyləyib:

"Veriliş həftədə bir dəfə ATV-də efirəg edəcək. Burada fond tərəfindən reallaşdırılan işlər tamaşaçılara təqdim ediləcək. Aparıcı mən özüm olacam. Fondun tərkibində eyni zamanda xəstəlikdən əziyyət çəkənlərin müalicəsi ediləcək".

Xalq artisti Həmidə Ömərova Azərbaycanda bu cür xeyriyyə işlərin keçirilməsinə sevindiyini deyib:

"Sevinirəm ki, Nuran Hüseynov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə birlikdə belə bir işə başlayıb".

IV İslam Həmrəyliyi Oyunlarının qalibi Rəsul Çunayev "Həyat" Fonduna uğurlar arzulayanlardan olub. 
 
M.Quliyev təqdimatda bunları bildirib:

"Heydər Əliyev xalqın çağırışı ilə hakimiyyətə qayıtdı və Azərbaycan sürətli inkişafa başladı. Hazırda ölkəmizdə İslam Həmrəyliyi Oyunları keçirilir. İlham Əliyev və ailəsi bizim üçün bir nümunədir. Dostumuzun Fondunun fəaliyyətə başlaması da xoş hadisədir.  Bu gün bu tədbirdə Leyla Əliyevanın iştirakı "Həyat" Fonduna bir dəstəkdir".

Ehtiyacı olan insanlar "Həyat" Fondunun internet səhifəsinə (www.hayatfondu.az) daxil olaraq, orada müvafiq bölmədə nəzərdə tutulan anketi doldurmaqla rəsmi müraciət edə biləcəklər. Eyni zamanda məktub formasında da müraciət etmək mümkündür.

Foto: Ramin ASLANOV