Kutsi ilə sevgilisi dalaşdı: evi tərk etdi

Kutsi ilə sevgilisi dalaşdı: evi tərk etdi
1856 dəfə oxunub
  • A-
  • A
  • A+
2008-ci ildə evləndiyi Sinem Bayraktutara 2014-cü ildə Feyza Çıpa ilə xəyanət edən müğənni-aktyor Kutsinin bu münasibətində də gərginlik yaranıb.

Axşam.az “Sözcü”yə istinadən xəbər verir ki, buna səbəb Feyzanın israrla evlənmək istəməsi, Kutsinin isə hələlik bu fikirdə olmamasıdır. Hər zaman “Bir az da vaxt keçsin” deyərək nikahı gecikdirən Kutsi bu hərəkəti ilə sevgilisinin səbrini daşırıb. “Münasibətimiz sənin üçün əhəmiyyətsizdir” deyən Çıpa hətta birlikdə qaldıqları evi də tərk edibmiş.

Bundan başqa, Kutsinin İnstaqram səhifəsində Feyza ilə 3 il ərzində heç bir şəkil paylaşmaması da qarşı tərəfi əsəbiləşdirib. Lakin onun ad günündən 10 gün əvvəl Kutsi ənənəsini pozaraq sosial şəbəkədə sevgilisinin fotosunu paylaşaraq ona doğum günü mesajı yazıb. Müğənninin hətta Çıpaya evlilik sözü verdiyi də iddia olunur.

Qeyd edək ki, Kutsinin Sinem Bayraktutarla nikahından Ceylin Ada və Lila adlı 2 qızı var.